ABŞ-də Lyuk Skayuolkerin təsviri olan kolleksiya vərəqəsi hərracda 730 min dollardan baha satılıb
sizinxeber.az xəbər saytı

ABŞ-də Lyuk Skayuolkerin təsviri olan kolleksiya vərəqəsi hərracda 730 min dollardan baha satılıb


"Ulduz müharibələri" ("Star Wars") film seriyasının personajı Lyuk Skayuolkerin təsvir edildiyi, 1977-ci ilə aid saqqızdan çıxan kolleksiya vərəqəsi ABŞ-dəkı hərracda 730 min dollardan baha qiymətə satılıb.

"Report" xəbər verir ki, bu barədə "The New York Post" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, kart franşizanın ən bahalı kolleksiya vərəqəsinə çevrilərək rekord müəyyənləşdirib.

Hərracın digər lotları arasında həmçinin aktyor Pedro Paskalın "Mandaloriyalı" (The Mandalorian) serialında taxdığı və 42 min dollara satılan mandaloriyalı dəbilqəsi, eləcə də "Ulduz müharibələri" üzrə ən bahalı qeyri-seriya modeli kimi rekord müəyyən edən 1,5 metr hündürlüyündə "Minilliyin şahini" kosmik gəmisinin sərgi modeli də yer alıb.

Oxşar xəbərlər

“Titanik”dən sağ çıxanın məktubu hərracda 400 min dollara satılıb
Marsın nəhəng parçası hərracda rekord qiymətə satılıb
Yaponiyada nəhəng tunes hərracda 1,3 milyon dollara satılıb
Əfsanəvi basketbolçunun forması hərracda 2 milyon dollara satılıb
"Formula 1"in keçmiş pilotunun dəbilqəsi hərracda 965 min dollara satılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər