“Titanik”dən sağ çıxanın məktubu hərracda 400 min dollara satılıb
sizinxeber.az xəbər saytı

“Titanik”dən sağ çıxanın məktubu hərracda 400 min dollara satılıb


“Titanik”dən sağ çıxanın məktubu hərracda 400 min dollara satılıb

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

“Titanik”də birinci dərəcəli səyahət edən polkovnik Arçibald Qreys məktubunda gəmi haqqında ilk təəssüratlarını bölüşüb. Məktub kartı 10 aprel 1912-ci il tarixlidir.

“Bu, gözəl gəmidir, lakin mən onun haqqında hökm çıxarmazdan əvvəl səyahətimin sonuna qədər gözləyəcəyəm”, – yazıda deyilir.

Lot hərracda “Henry Aldridge and Son of Devizes” tərəfindən Viltşirdə gözlənilən qiymətdən beş dəfə baha satılıb. Auksionçulara görə, bu, “Titanik” gəmisinin göyərtəsində yazılmış məktub üçün əldə edilmiş ən yüksək qiymətdir.

Oxşar xəbərlər

"Titanik"in sərnişinlərini xilas edən kapitanın saatı 2 milyon dollara satılıb
Lebron Ceymsin imzalı ticarət kartı hərracda 1 milyon dollara satılıb
Yaponiyada nəhəng tunes hərracda 1,3 milyon dollara satılıb
Nadir qızıl sikkə hərracda 1,44 milyon dollara satılıb
Azərbaycanda 20 nəqliyyat vasitəsi və 24,5 ton metal çiv hərracda satılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər