Serbiyalı nazir Macarıstanın MOL şirkətinin təklifindən narazıdır
sizinxeber.az xəbər saytı

Serbiyalı nazir Macarıstanın MOL şirkətinin təklifindən narazıdır


Serbiya Macarıstanın MOL (Macarıstan Neft və Qaz Səhmdar Cəmiyyəti) şirkətinin NIS ilə (Naftna Industrija Srbije - Serbiyanın Neft Sənayesi) bağlı danışıqlarda etdiyi təklifindən narazıdır.

"Sizinxeber.az"un Balkan bürosu xəbər verir ki, bunu Serbiyanın mədən və energetika naziri Dubravka Cedoviç Handanoviç Macarıstanın MOL şirkətinin nümayəndələri ilə keçirilən görüşdən sonra bildirib.

O qeyd edib ki, Serbiya danışıqları davam etdirməyə və kompromis əldə etməyə sadiq qalır, lakin bu, qiymətlə bağlı olmayacaq.

Xatırladaq ki, NIS hazırda Rusiyaya qarşı daha geniş tədbirlər çərçivəsində ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) sanksiyalarına məruz qalıb. ABŞ-nin bu sanksiyaları ləğv etməsi üçün əsas şərtlərdən biri Rusiya sahibkarlığının şirkətdən çıxarılmasıdır. Daha əvvəl də həm səhmdar strukturundan Rusiya kapitalının çıxarılması, həm də Rusiyadakı aktivlərindən uzaqlaşma sahəsində müəyyən addımlar atılıb. Serbiya ilə Macarıstan arasında danışıqların mərkəzində də MOL-un hazırda NIS-dəki Rusiya şirkətlərinə məxsus nəzarət paketini alma ehtimalı dayanır.

Nazir Handanoviç bu kontekstdə diqqətə çatdırıb ki, danışıqlarda xüsusilə Serbiyanın yeganə neft emalı zavodu olan və NIS tərəfindən idarə olunan "Pançevo" ilə bağlı hissə onu qane etmir:

"Biz ölkəmizin maraqlarını müdafiə edirik. Serbiyanın qırmızı xətti - ilk növbədə "Pançevo" neft emalı zavodunun gələcək fəaliyyəti, xam neft emalı gücü və razılaşdırılmış şərtlərin necə qorunacağı ilə əlaqədardır. Zavodun istehsalı, xüsusilə neft məhsulları müəyyən səviyyədə Serbiya bazarını təmin etməlidir. Bu məsələ son dərəcə vacibdir, çünki NIS neft sektorunda strateji dominant şirkətdir. Növbəti addım MOL-dan yeni təklif gözləməkdir və biz ümid edirik ki, bu təklif ən qısa zamanda təqdim olunacaq".

Oxşar xəbərlər

Serbiyanın neft şirkətinin ötənilki zərərinin 2,2 dəfə çox olduğu üzə çıxıb
Vuçiç: ABŞ-nin NIS-in sanksiyalarını ləğv etməsi ilə bağlı danışıqlar dalana dirənib
Azərbaycan Serbiya ilə qaz elektrik stansiyası üzrə birgə müəssisə yaradacaq
Serbiyanın Azərbaycan qazını alması ölkənin mavi yanacaq təchizatını şaxələndirib
Serbiya bərpa olunan enerji sahəsində Azərbaycanla praktiki əməkdaşlığa hazırdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər