Rumen Radev Bolqarıstan hökumətini formalaşdırmaq üçün mandat alıb
sizinxeber.az xəbər saytı

Rumen Radev Bolqarıstan hökumətini formalaşdırmaq üçün mandat alıb


Bolqarıstan Prezidenti İliyana Yotova bu gün parlament seçkilərinin qalibi Rumen Radevə yeni hökuməti formalaşdırmaq üçün mandat təqdim edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Mandatı aldıqdan sonra Radev gələcək Nazirlər Kabinetinin tərkibini təqdim edib, onun mayın 8-də parlament tərəfindən təsdiqlənəcəyi gözlənilir.

Velislava Petrova-Çamova və Qalab Donevin müvafiq olaraq xarici işlər və maliyyə naziri postlarını tutacağı gözlənilir. Yeni kabinet operativ şəkildə büdcəni qəbul etməli, pensiya və maaşların ödənilməsini təmin etmək üçün dövlət borcunun limitini müəyyənləşdirməli və Avropa İttifaqının mənimsənilməmiş vəsaitlərinə çıxışı bərpa etməlidir.

Xatırladaq ki, Radevin rəhbərlik etdiyi "Proqressiv Bolqarıstan" partiyası aprelin 19-da keçirilən seçkilərdə səslərin 44,6 %-ni toplayaraq və 240 yerlik parlamentdə çoxluq əldə edərək qalib gəlib. Bu seçkilər son beş ildə Bolqarıstanda səkkizinci seçki olub.

Radev dekabr ayında əvvəlki hökumətin istefasına səbəb olan korrupsiyaya və yaşayış dəyərinin artmasına qarşı kütləvi etirazlar fonunda parlament seçkilərində iştirak etmək üçün yanvar ayında Bolqarıstan prezidenti vəzifəsini tərk edib.

Oxşar xəbərlər

Rumen Radevin partiyası Bolqarıstanda keçirilən seçkilərdə böyük fərqlə liderlik edir
Rumen Radevin partiyası Bolqarıstanda seçkiləri böyük fərqlə qazanıb - YENİLƏNİB
Koşta Radevi seçkilərdə qələbəsi münasibətilə təbrik edib
Radevin koalisiyası Bolqarıstanda parlament seçkilərində öndədir - YENİLƏNİB-2
Rumen Radev: "Bolqarıstan Azərbaycanın sayəsində qaz idxalı problemini qismən həll edib"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər