Koşta Radevi seçkilərdə qələbəsi münasibətilə təbrik edib
sizinxeber.az xəbər saytı

Koşta Radevi seçkilərdə qələbəsi münasibətilə təbrik edib


Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Koşta Rumen Radevi Bolqarıstanda dünənki parlament seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.

"Sizinxeber.az"un Avropa bürosu xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesablarında yazıb.

"Sizi yenidən Aİ Şurasında salamlamaqdan məmnunam", - paylaşımda bildirilib.

Koşta həmçinin qeyd edib ki, səhər saatlarında qalib partiyanın lideri ilə telefonla danışıb. Söhbət zamanı o bildirib ki, Avropanın "rifahı, muxtariyyəti və təhlükəsizliyinə" yönəlmiş ümumi gündəlik üzərində Aİ dövlət və hökumət başçılarının sammitlərində Radevlə birgə işləməyi səbirsizliklə gözləyir.

Bu arada, Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının rəsmi nümayəndəsi Olaf Gill Bolqarıstandakı seçkilərdə səslərin hesablanmasının hələ də davam etdiyini əsas gətirərək Avropa Komissiyasının mövqeyini şərh etməkdən imtina edib.

Xatırladaq ki, aprelin 19-da Bolqarıstanda 2021-ci ildən bəri parlamentdə səkkizinci seçkilər keçirilib. Keçmiş prezident Rumen Radevin partiyası - "Proqressiv Bolqarıstan" ölkədə keçirilən növbədənkənar parlament seçkilərində səslərin 44,881%-ni toplayır.

Oxşar xəbərlər

Antonio Koşta Azərbaycanla Ermənistan arasında sülh sazişin paraflanması münasibətilə İlham Əliyevi təbrik edib
Avropa Komissiyası və Avropa İttifaqı Şurasının sədrləri iyulun 24-də Çinə səfər edəcək
Antonio Koşta Moldovanı Avropaya inteqrasiya yolunda dəstəkləməyə hazır olduğunu bəyan edib
Antonio Koşta: Avropa İttifaqı təyyarə qəzasının hərtərəfli araşdırılması ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir
Koşta: Aİ təyyarə qəzasının hərtərəfli araşdırılması ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər