Merts Almaniyada azlıq hökumətinin qurulmasını istisna edib
Almaniya Kansleri Fridrix Merts azlıq hökumətinin və Bundestaqa növbədənkənar seçkilərin ssenarisini istisna edib.
"Sizinxeber.az"un DPA-ya istinadən məlumatına görə, o, bu barədə iqtisadi forumda bildirib.
"Mən burada çox aydın və dəqiq şəkildə bildirirəm: azlıq hökuməti mənim üçün seçim deyil. Mən bunu qəbul etməyəcəyəm və belə ssenarinin təşəbbüskarı olmayacağam", - Merts deyib.
O, həmçinin yeni seçkilərin mümkünlüyünü də rədd edib.
"Xahiş edirəm, heç kim yeni seçkilər arzusunda olmasın. Onlar nəyə gətirib çıxaracaq?", - kansler sual verib. Merts əlavə edib ki, bu, iqtisadi böhran zamanı ölkənin idarəçiliyini zəiflədəcək.
Onun sözlərinə görə, Almaniyanın sabitliyə və siyasi cəhətdən fasiləsiz qərar qəbuletməyə ehtiyacı var.
"Kimsə ciddi şəkildə inanırmı ki, belə iqtisadi böhranın ortasında seçki kampaniyası gedən ölkə hazırda ehtiyac duyduğumuz lazımi qərarları verə biləcək?", - Kansler deyib.
Merts XDİ/XSS-ASDP koalisiyasının işini müddətin sonuna qədər davam etdirmək niyyətini təsdiqləyib.
Oxşar xəbərlər
KİV: Merts Almaniya kansleri seçkilərində ikinci tur səsverməsindən imtina edəcək
Merts Almaniyanın yeni Kansleri kimi and içib
Almaniya kansleri: Rusiyaya qarşı yeni sanksiya paketi hazırdır
Merts "Avropa Siyasi Birliyi"nin İrəvanda keçiriləcək sammitində iştirak etməyəcək
Merts: Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
