Zelenski: Kramatorska endirilən zərbə nəticəsində 5 nəfər ölüb
sizinxeber.az xəbər saytı

Zelenski: Kramatorska endirilən zərbə nəticəsində 5 nəfər ölüb


Bu gün Rusiya qoşunları tərəfindən Ukraynanın Kramatorsk şəhərinin bombardman edilməsi zamanı 5 nəfər ölüb.

"Report"un Şərqi Avropa bürosu xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsində bildirib.

"Donetsk vilayətinin Kramatorsk şəhərində Rusiyanın aviabombalarla zərbə endirdiyi ərazidə xilasetmə əməliyyatı davam edir. Zərbə birbaşa şəhərin mərkəzinə, insanlara endirilib. Hazırda azı beş nəfərin yaralandığı və beş nəfərin həlak olduğu məlumdur. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Təəssüf ki, qurbanların sayı arta bilər", - o yazıb.

V.Zelenski qeyd edib ki, hadisə yerində xilasedicilər və tibb işçiləri işləyir.

Oxşar xəbərlər

Rusiyanın Kramatorska endirdiyi zərbə nəticəsində üç nəfər ölüb, 10 nəfər yaralanıb
Rusiyanın Ukraynaya endirdiyi zərbə nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb
Zelenski: Rusiyanın Lvova hücumları nəticəsində 5 nəfər ölüb
Zelenski: Rusiyanın zərbələri nəticəsində Sumıda 4 nəfər ölüb, 30-a yaxın insan yaralanıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər