Zelenski: Rusiyanın zərbələri nəticəsində Sumıda 4 nəfər ölüb, 30-a yaxın insan yaralanıb - YENİLƏNİB
Rusiyanın Ukraynanın Sumı vilayətinə zərbələri nəticəsində 4 nəfər ölüb, onlarla insan yaralanıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün teleqram kanalında yazıb.
"Rusiyanın zərbəsi nəticəsində yaralanan insanlara həkimlər bütün lazımi yardımı göstərirlər. Onlar (Rusiya silahlı qüvvələri-red) küçəni, adi yaşayış binalarını vurdular. Təəssüf ki, bu zərbə nəticəsində 4 nəfər həlak oldu. Ailələrinə başsağlığı verirəm. Üçü uşaq olmaqla, 30-a yaxın insan yaralanıb".
Zelenski bir daha Rusiyanın atəşkəs əhval-ruhiyyəsində olmadığını vurğulayıb və Qərb ölkələrini Rusiya əleyhinə sanksiyaları sərtləşdirməyə çağırıb.
“Bütün bunlar Rusiyaya qarşı yeni sanksiyalar, sərt sanksiyalar üçün arqumentlərdir”, – Ukrayna lideri qeyd edib.
Rusiya Silahlı Qüvvələrinin (SQ) Sumı şəhərinə (Ukrayna) hücumu nəticəsində iki nəfər həlak olub.
“Sizinxeber.az” Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıblar.
Bildirilib ki, təxminən 20 nəfər yaralanıb.
Hadisə yerində xilasedicilər və təcili yardım xidməti işləyir. Dağıntıların miqyası və zərərçəkənlərin sayı haqqında məlumat dəqiqləşdirilir.
Oxşar xəbərlər
Zelenski: Rusiyanın Lvova hücumları nəticəsində 5 nəfər ölüb
Zelenski: Rusiyanın hücumu nəticəsində Ukraynada iki nəfər ölüb, yeddi nəfər yaralanıb
Zelenski Rusiyanın Sumıya zərbəsindən sonra Avropa və ABŞ-yə müraciət edib
Belqorodun atəşə tutulması nəticəsində ölənlərin sayı 14-ə çatıb - YENİLƏNİB-3
Belqorodun atəşə tutulması nəticəsində ölənlərin sayı 18-ə çatıb - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













