Makron Pezeşkianla Hörmüz ətrafındakı vəziyyəti müzakirə etmək niyyətindədir
sizinxeber.az xəbər saytı

Makron Pezeşkianla Hörmüz ətrafındakı vəziyyəti müzakirə etmək niyyətindədir


Fransa Prezidenti Emmanuel Makron iranlı həmkarı Məsud Pezeşkianla Hörmüz boğazı ətrafındakı vəziyyətlə bağlı telefon danışığı aparmaq niyyətində olduğunu bildirib.

"Report" xəbər verir ki, bu barədə Makron İrəvanda mətbuat konfransı zamanı deyib.

"Mən İran prezidenti ilə danışmaq niyyətindəyəm. Hörmüz boğazı ətrafındakı vəziyyətlə bağlı mövqeyimiz dəyişməyib", - o qeyd edib.

Makron bildirib ki, Fransa döyüş əməliyyatlarının dayandırılmasına, diplomatik danışıqların başlanmasına çağırır.

"Boğaz bütün gəmilərin keçidi üçün hər hansı bir rüsum olmadan açılmalıdır. İstənilən eskalasiya və ya tankerlərə, konteyner gəmilərinə, eləcə də üçüncü ölkələrə endirilən birtərəfli zərbə müharibəni alovlandıran bir səhvdir", - o deyib.

Oxşar xəbərlər

Makron: Fransa Hörmüz boğazının açılmasına dəstək verməyə hazırdır
Makron: Hörmüz boğazında açılan atəşin hədəfi Fransa olmayıb
Makron: Fransa Hörmüz boğazının açılması üzrə əməliyyatlarda iştirak etməyəcək
Heç vaxt Hörmüz əməliyyatında iştirak etməyəcəyik - Makron

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər