III Çarlz: Ukraynanın bizim güzəştsiz dəstəyimizə ehtiyacı var
Ukraynanın dünya dövlətlərinin güzəştsiz dəstəyinə ehtiyacı var.
"Sizinxeber.az" "Sky News"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Kralı III Çarlz ABŞ Konqresindəki çıxışında bildirib.
2001-ci il sentyabrın 11-də Nyu-Yorkda baş vermiş terror aktlarından danışan III Çarlz qeyd edib ki, Böyük Britaniya və ABŞ terror qarşısında birləşib.
"Bu gün Ukraynanın və cəsur vətəndaşlarının müdafiəsi üçün eyni sarsılmaz qətiyyət lazımdır. O, həqiqətən ədalətli və davamlı sülhü təmin etmək üçün lazımdır", - Britaniya Kralı bildirib.
Agentlik yazır ki, Donald Tramp hakimiyyətə gəldikdən sonra Rusiya-Ukrayna münaqişəsində Kiyevin əsas hərbi müttəfiqi olan ABŞ digər qlobal münaqişələrə üstünlük verərək öz iştirak və dəstək səviyyəsini azaltmağa çalışır.
Britaniya Kralı 2022-ci ildə Rusiyanın genişmiqyaslı müdaxiləsi ilə üzləşəndən bəri Ukraynanı və onun xalqını fəal şəkildə dəstəkləyir.
Oxşar xəbərlər
Tramp Britaniya kralı ilə görüşəcək: İran...
Britaniya Kralı xərçəng xəstəliyinə görə yenidən xəstəxanaya aparılıb
Britaniya kralı İlham Əliyevi təbrik edib
CBC: ABŞ-də III Çarlzın səfəri ərəfəsində səhvən Avstraliya bayraqları asılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
