London və Vaşinqton III Çarlzın ABŞ-yə səfəri ərəfəsində təhlükəsizlik tədbirlərini əlaqələndirirlər
Böyük Britaniya hökuməti Kral III Çarlzın ABŞ-yə səfərindən əvvəl bu ölkənin kəşfiyyat orqanları ilə sıx əməkdaşlıq edir.
"Report" xəbər verir ki, bunu Böyük Britaniya Baş naziri Kir Starmerin baş katibi Darren Cons "Sky News" telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, monarx və kraliça Kamillanın təhlükəsizlik məsələlərinə Britaniya tərəfi və Bukinqem Sarayı tərəfindən çox ciddi yanaşılır.
"Əlahəzrətlərin gələn həftə ABŞ-yə səfəri ilə bağlı, əlbəttə ki, təhlükəsizlik xidmətlərimiz amerikalı həmkarları ilə sıx əməkdaşlıq etməyə davam edir", - deyə Cons qeyd edib.
Bu açıqlama Vaşinqtonda baş verən hadisədən sonra verilib.
Kral III Çarlz və Kraliça Kamillanın bazar ertəsi günü ABŞ-yə dörd günlük səfərə gələcəyi gözlənilir. Səfər çərçivəsində Prezident Trampla şəxsi görüş və monarxın ABŞ Konqresində çıxışı nəzərdə tutulub.
Oxşar xəbərlər
CBC: ABŞ-də III Çarlzın səfəri ərəfəsində səhvən Avstraliya bayraqları asılıb
KİV: Kral III Çarlzın səhhəti kəskin pisləşib
III Çarlz Zelenskini Bukinqem sarayında qəbul edib - YENİLƏNİB
Tramp Britaniya kralı ilə görüşəcək: İran...
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
