ABŞ Livan və İsrail arasında atəşkəsin uzadılması üzərində işləyir
ABŞ hökuməti Livan və İsrail arasında atəşkəsin uzadılması üçün səy göstərir.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Al-Sharq Al-Awsat" qəzetinə Livan parlamentinin sədri Nabih Berri bildirib.
Onun sözlərinə görə, ABŞ tərəfi daha əvvəl məhdud müddətə tətbiq edilmiş mövcud atəşkəsin uzadılması üzərində işləyir. Bununla yanaşı, müddətin mümkün uzadılması şərtləri və tərəflərin bu məsələ ilə bağlı mövqeləri rəsmi olaraq açıqlanmır.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. Cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.
Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Saatlarla davam edən müzakirələr razılaşma əldə edilmədən başa çatıb.
ABŞ Prezidenti Donald Tramp aprelin 15-də İran limanlarının dəniz blokadasının saxlanılmasına baxmayaraq, Hörmüz boğazının gəmiçilik üçün açıldığını elan edib. Bu addım Çinlə münasibətlərin qorunub saxlanılması üçün atılıb. Daha sonra, aprelin 18-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri bunu atəşkəs razılaşmasının pozulması və İran limanlarının ABŞ hərbçiləri tərəfindən davam edən blokadası ilə əsaslandıraraq, Hörmüzün bağlandığını elan edib.
Oxşar xəbərlər
Əli Abdullahi: Hörmüzün blokadaya alınması ABŞ və İran arasında atəşkəsin pozulmasına səbəb olacaq
Asim Muniri Tehran hava limanında Abbas Əraqçi qarşılayıb
Kats: İran tarixi seçim qarşısındadır
"Hizbullah" İsraillə bufer zonaya hücum etmək niyyətində olduğunu açıqlayıb
Trampla Aun Livan və İsrail arasında atəşin tezliklə dayandırılmasını müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
