İMQ: Atəşkəsdən bir gün əvvəl Livanda 150 "Hizbullah" yaraqlısı öldürülüb
sizinxeber.az xəbər saytı

İMQ: Atəşkəsdən bir gün əvvəl Livanda 150 "Hizbullah" yaraqlısı öldürülüb


İsrail Müdafiə Qüvvələri (İMQ) Livanda əməliyyata başlayandan bəri "Hizbullah" qruplaşmasının 1800-dən çox silahlısını məhv edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"İsrail və Livan arasında atəşkəs rejimi qüvvəyə minməzdən əvvəlki sutka ərzində İMQ 150 silahlını məhv edib. Həmçinin Livanın bir neçə rayonunda qruplaşmanın 300-ə yaxın hərbi obyektinə, o cümlədən buraxılış qurğularına, komandanlıq mərkəzlərinə və silah anbarlarına hücum edilib", - məlumatda deyilir.

Eyni dövr ərzində İsrail hərbçiləri digər yüksək rütbəli hərbçilərlə yanaşı, "Hizbullah"ın Bint-Cübeyl sektorundakı komandiri Əli Rza Abbası da məhv ediblər.

Oxşar xəbərlər

İsrail ordusu sutka ərzində Livanda "Hizbullah"a aid 200 hədəfə hücum edib
İsrail Hərbi Hava Qüvvələri Livanda "Hizbullah"ın 150-yə yaxın hədəfinə hücum edib
İsrail ordusu Livanda “Hizbullah”ın 50 silahlısını öldürüb
İsrail ordusu Livanda “Hizbullah”ın 800-ə yaxın hədəfinə hücum etdiyini açıqlayıb
İsrail Livanda son sutka ərzində üçüncü "Hizbullah" terrorçusunu zərərsizləşdirdiyini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər