İrpen merinin müavini: Bu il şəhərimizdə Azərbaycanın sayəsində genişmiqyaslı bərpa gözləyirik
İrpen şəhər merinin I müavini Oleksandr Paşinski bu il şəhərdə Azərbaycanın sayəsində genişmiqyaslı bərpanın işlərinin aparılacağını gözlədiklərini bəyan edib.
"Report"un Şərqi Avropa bürosuna açıqlamasında O.Paşinski Ukraynaya tammıqyaslı hərbi müdaxilədən sonra şəhərin sosial infrastrukturunun 80 %-nin dağıldığını bildirib.
"Azərbaycanın sayəsində böyük lisey, mərkəzi xəstəxanamız bərpa olundu. Biz indi perspektivdə Azərbaycan ilə dörd obyektin yenidən qurulması planlaşdırırıq", - o deyib.
Merin müavininin sözlərinə görə, Azərbaycanın öz üzərinə götürdüyü layihələr arasında dağıdılmış yeni mədəniyyət evinin yerinə yenisinin tikintisi, bir hissəsi dağıdılmış uşaq-gənclər idman məktəbinin bərpasıdır:
"Bundan başqa Azərbaycan tərəfinin layihəsi əsasında tamamilə yeni tikiləcək art-mərkəz var. Hostomel şossesində bir böyük yaşayış binasının da tikintisi nəzərdə tutulub".
Oxşar xəbərlər
FTB Nyu-York merinin iki müavininin evində axtarış aparıb
Laçın və İrpen qardaşlaşmış şəhərlər olub
Səfir: Ukrayna və Azərbaycan İrpendə dörd sosial obyektin tikintisi üçün sənədlər hazırlayır
Bərpa, Tikinti və İdarəetmə Xidməti Hadruta dair planlarını açıqlayıb
Nazir müavini: Azərbaycanın azad edilmiş ərazilərinin bərpası Ukrayna üçün gələcəkdə örnək ola bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
