Meloni: Ukraynaya dəstək bizim mənəvi borcumuzdur
İtaliya hər zaman Ukraynanı dəstəkləyəcək.
"Sizinxeber.az" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Ciorcia Meloni Romada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşün yekunlarına dair mətbuat konfransında bildirib.
"Ukraynaya dəstək bizim mənəvi borcumuz və strateji zərurətimizdir, çünki Avropanın təhlükəsizliyi də risk altındadır. Bu 4 il ərzində (Rusiya-Ukrayna müharibəsi başlayandan bəri - red.) Avropanın və İtaliyanın mövqeyi həmişə dəyişməz olaraq qalıb - biz Kiyevin, onun xalqının və institutlarının yanındayıq", - o deyib.
Meloni xarici təhdidlər qarşısında Qərbin həmrəyliyinin vacibliyini qeyd edərək əlavə edib ki, İtaliya Ukraynanın suverenliyinin müdafiəsinə bundan sonra da öz töhfəsini verməyə hazırdır.
"İtaliya Kiyevin suverenliyini qoruyacaq və NATO-nun möhkəmliyini təmin edəcək birgə qərarların əldə olunmasına öz töhfəsini verməyə davam etmək niyyətindədir, çünki parçalanmış Qərb, parçalanmış Avropa bizim Moskvaya verə biləcəyimiz yeganə hədiyyədir", - o bildirib.
Oxşar xəbərlər
Gələn həftə Zelenski və Meloni arasında Romada görüş keçiriləcək
İtaliya NATO üzvü olmadan Ukraynaya təhlükəsizlik zəmanəti verməyi təklif edir
İtaliyanın Baş naziri Prezident İlham Əliyevi qarşılayıb
KİV: Tramp Romada Meloni, Starmer və Zelenski ilə görüşəcək
Ərdoğan İtaliyada Meloni ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
