İtaliya NATO üzvü olmadan Ukraynaya təhlükəsizlik zəmanəti verməyi təklif edir
İtaliyanın Baş naziri Ciorcia Meloni NATO üzvü olmadan Ukraynaya təhlükəsizlik zəmanəti verməyi təklif edib.
“Report” xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən yazır.
O, Rusiya ilə münaqişənin bərpa olunacağı təqdirdə Kiyevin müttəfiqlərini 24 saat ərzində hərbi dəstək barədə razılığa gəlməyə çağırıb.
Agentlik bu formatı “NATO-Lite” adlandırır. Mənbələr qeyd edirlər ki, Meloni planı Ukraynanın alyansa üzvlüyünü nəzərdə tutmur, lakin o, Alyansın Nizamnaməsinin 5-ci maddəsinə bənzər kollektiv yardım mexanizmi təklif edir və qoşunların yeridilməsi halında cavab tədbirlərinin dərhal əlaqələndirilməsinə imkan verir.
Dəstək variantları arasında Kiyevə operativ və davamlı müdafiə və iqtisadi yardımın göstərilməsi, Ukrayna ordusunun gücləndirilməsi və Rusiyaya qarşı sanksiyaların tətbiqi var.
Oxşar xəbərlər
KİV: Ukraynaya NATO nizamnaməsinin 5-ci müddəasına bənzər təhlükəsizlik zəmanəti təklif olunub
KİV: ABŞ Harrisin qələbəsi halında Ukraynanı NATO-ya dəvət edə bilər
Polşa NATO zəmanəti olmadan “MiQ-29”u Ukraynaya vermək istəmir
ABŞ və Ukrayna təhlükəsizlik zəmanəti haqqında saziş imzalaya bilər
NATO-nun bir neçə ölkəsi Ukraynanın alyansa üzvlüyünə qarşıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













