Şimali Makedoniyada 2030-cu ilə qədər Milli Enerji və İqlim Planını qəbul edilib
sizinxeber.az xəbər saytı

Şimali Makedoniyada 2030-cu ilə qədər Milli Enerji və İqlim Planını qəbul edilib


Şimali Makedoniya 2025–2030-cu illər üzrə Milli Enerji və İqlim Planını qəbul edib.

Ölkənin Energetika, Mədənçilik və Mineral Ehtiyatlar Nazirliyindən "Sizinxeber.az"un Balkan bürosuna verilən məlumata görə, bu strateji sənəd ölkəni enerji transformasiyası, dayanıqlı inkişaf və Avropa siyasətləri ilə tam uyğunlaşma istiqamətində aydın bir yol xəttinə çıxarır.

Nazirliyin təklifi əsasında hazırlanmış plan enerji sektorunun modernləşdirilməsi üçün əsas alət rolunu oynayır.

Ümumilikdə 61 konkret tədbiri əhatə edən Planda 26 tədbirin dekarbonizasiya, 20 tədbir inenerji səmərəliliyi, 3 tədbirin enerji təhlükəsizliyi, 11 tədbirin daxili enerji bazarı və 1 tədbir tədqiqat, innovasiya və rəqabət qabiliyyəti üzrə həyata keçirilməsini nəzərdə tutur.

Əsas çəqsəd isə istixana qazı emissiyalarının azaldılması, bərpa olunan enerji mənbələrinin artırılması və enerji səmərəliliyinin əhəmiyyətli dərəcədə yüksəldilməsidir.

Oxşar xəbərlər

Deputat: "İƏT-in Təmiz Enerji Mərkəzi Azərbaycanın bu sahədə strateji prioritetləri üçün mühüm platforma olacaq"
Fatih Birol: 2030-cu ilə qədər qlobal enerji tutumu 2,7 dəfə artacaq
Cennifer Li Morqan: "Bərpa olunan enerji ilə bağlı Bakıda daha konkret mesajlar verilməlidir"
Nazir müavini: “Şəhərlər enerji səmərəliliyinin təmin edilməsində əsas rol oynayır”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər