İran: ABŞ və İsrailin zərbələri nəticəsində Buşehr AES-ə zərər dəyməyib
sizinxeber.az xəbər saytı

İran: ABŞ və İsrailin zərbələri nəticəsində Buşehr AES-ə zərər dəyməyib


İsrail və ABŞ İranın cənub-qərbindəki Buşehr Atom Elektrik Stansiyasına (AES) yeni zərbə endiriblər, lakin obyektə ziyan dəyməyib və işçilər arasında itki olmayıb.

"Report"un məlumatına görə, bu barədə İranın Atom Enerjisi Təşkilatı xəbər verib.

Təşkilatın məlumatına görə, mərmi stansiyanın ərazisinə düşüb, lakin ilkin qiymətləndirmələr göstərir ki, obyektin özü zədələnməyib və heç bir texniki problem qeydə alınmayıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Buna cavab olaraq İran İsrail ərazisinə raketlər atıb və Körfəz ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib. Regionun bir sıra dövlətləri vəziyyətlə əlaqədar olaraq hava məkanını müvəqqəti bağlayıb. Elə həmin gün İranın Ali lideri Əli Xamenei zərbələr nəticəsində öldürülüb.

Oxşar xəbərlər

İran SELEN konteyner gəmisini Hörmüz boğazına yerləşdirib
KİV: Vaşinqton Tehrandan martın 26-da danışıqlar aparmağa razılıq gözləyir
ABŞ və İsrail İranın Natanzdakı atom obyektinə zərbə endirib
İsmayıl Bəqai: İranın hər yerində çox sayda insan öldürülüb
İsrail ordusu: İran raketlərinin zərərsizləşdirilməsi üzərində iş aparılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər