İran beş ərəb ölkəsindən müharibədə "ABŞ ilə əlbir olduqları üçün" təzminat tələb edib
Tehran beş ərəb dövlətinə təzminat tələbi irəli sürərək onları İslam Respublikasına qarşı hərbi əməliyyatlarda "İsrail və ABŞ ilə əlbir olmaqda" ittiham edib.
"Report"un İranın "Tasnim" agentliyinə istinadən məlumatına görə, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani bəyan edib.
"Bəhreyn, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı qanunsuz hərəkətləri nəticəsində İrana dəymiş maddi və mənəvi ziyanı tam şəkildə ödəməyə borcludurlar", - nəşr diplomatdan sitat gətirib.
İrəvaninin sözlərinə görə, Tehran hesab edir ki, adıçəkilən dövlətlər İslam Respublikasına qarşı beynəlxalq öhdəliklərini pozaraq İranla hərbi qarşıdurmada İsrail və Amerika Birləşmiş Ştatlarının şəriklərinə çevriliblər .
Bununla belə, daimi nümayəndə ərəb ölkələrinin məhz hansı hərəkətlərinin İran tərəfi tərəfindən bu münaqişədə "əlbirlik" kimi tövsif edildiyini konkretləşdirməyib.
Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyata başlayıb. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.
Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Vaşinqton və Tehran arasında uzun sürən danışıqlar razılaşma əldə olunmadan başa çatıb.
Oxşar xəbərlər
İran BƏƏ-dən ABŞ-nin hücumlarına yardım etdiyinə görə təzminat tələb edir
İran ABŞ bazalarına və İsrail obyektlərinə zərbələr endirdiyini bəyan edib
WJS: Yaxın Şərq ölkələri İsrailin İrana hücumunda iştirak etmək istəmirlər
İranın BMT-dəki daimi nümayəndəsi: Trampın İran sivilizasiyasını məhv etməklə bağlı sözləri qəbuledilməzdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
