Tramp Roma Papasından üzr istəmək niyyətinin olmadığını bildirib
ABŞ Prezidenti Donald Tramp Roma Papası XIV Leodan üzr istəməyi planlaşdırmadığını bildirib.
"Sizinxeber.az" xəbər verir ki, Tramp bu barədə jurnalistlərlə söhbətində bildirib.
Onun sözlərinə görə, Roma Papası "yanlış şeylər" danışıb, o, Amerika liderinin İrana münasibətdə etdiklərinə qəti şəkildə qarşı olub.
"Düşünürəm ki, o (XIV Leo - red.) cinayətkarlıq məsələlərində və digər şeylərdə çox zəifdir. Odur ki, mən belə deyiləm. Yəni onu nəzərdə tuturam ki, o, ictimai şəxsə çevrilib. Mən sadəcə Papa Leoya cavab verirəm. Bilirsiniz, onun qardaşı tanınmış jurnalistdir və o, əla oğlandır, Luis. Mən dedim ki, Luisi Roma Papasından daha çox bəyənirəm", - Tramp bildirib.
Bundan əlavə, Amerika lideri əvvəllər "Truth Social" sosial şəbəkəsində yayımladığı mübahisəli təsvirin silinməsini şərh edib. O bildirib ki, həmin təsvirdə prezidentin özü İsa Məsihə bənzəyən bir fiqur kimi deyil, "insanları daha yaxşı edən" bir həkim kimi təsvir edilib. Tramp həmçinin KİV-i bu cür təfsiri özlərinin "uydurmasında" günahlandırıb.
Oxşar xəbərlər
Pezeşkian Trampın tənqidindən sonra Papa XIV Leo ilə həmrəyliyini bildirib
Donald Tramp Roma Papası XIV Leonu tənqid edib
XIV Leo: Donald Trampla polemikaya girmək istəmirəm
Tramp Roma Papası obrazında şəklini paylaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
