Putin ilə Mirziyoyev atom enerjisi, nəqliyyat və sənaye layihələrini müzakirə ediblər
Rusiya və Özbəkistan prezidentləri Vladimir Putin ilə Şavkat Mirziyoyev telefon danışığında atom enerjisi, nəqliyyat və sənaye istehsalı sahələrində bir sıra böyük layihələrin icrasını müzakirə ediblər.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Dövlət başçıları Özbəkistanda martın 24-də Rusiya dizaynlı AES-in tikinti meydançasında beton işlərinin başlanması mərasiminin baş tutduğunu, martın 16-da isə Almalıq dağ-metallurgiya kombinatında avadanlıqları Rusiyanın aparıcı maşınqayırma müəssisələrindən alınmış üçüncü mis-zənginləşdirmə fabrikinin istifadəyə verildiyini qeyd ediblər.
Putin və Mirziyoyev həmçinin Yaxın Şərqdəki münaqişə və Ukraynadakı vəziyyət də daxil olmaqla beynəlxalq aktual məsələlərə dair fikir mübadiləsi aparıblar.
Bundan başqa, prezidentlər Rusiya ilə Özbəkistan arasında strateji tərəfdaşlıq və müttəfiqliyin möhkəmləndirilməsi istiqamətində birgə çalışmaları davam etdirmək barədə razılığa gəliblər.
Oxşar xəbərlər
Putin Mirziyoyev ilə Suriya və Ukraynanı müzakirə edib
Putin və Mirziyoyev Rusiya-Özbəkistan müttəfiqliyini müzakirə ediblər
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
İlham Əliyev ilə Şavkat Mirziyoyev bir-birilərini Novruz və Ramazan bayramları münasibətilə təbrik ediblər
Putin və Tramp Rusiya-ABŞ əməkdaşlığının bərpası perspektivlərini müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
