Tixi: Macarıstan "Drujba" neft kəməri ilə bağlı vəziyyəti siyasiləşdirir
Ukrayna Xarici İşlər Nazirliyinin spikeri Georgi Tixi bildirib ki, Macarıstan Kiyevə qarşı absurd tələblər irəli sürməklə "Drujba" neft kəməri ilə bağlı vəziyyəti siyasiləşdirir.
"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, o, bu barədə jurnalistlər üçün brifinqdə bildirib.
Macarıstan bu məsələni siyasiləşdirir və Ukraynaya qarşı tələblər irəli sürür ki, bizim fikrimicə bu absurddur. Ukrayna genişmiqyaslı təcavüzlə üzləşir. İnfrastrukturumuz hər gün zədələnir. Hətta "Drujba" neft kəmərindən sonra belə, Ukraynanın digər boru kəmərləri də zədələndi. Amma bizim sonsuz resurslarımız yoxdur. Biz tammiqyaslı müharibə vəziyyətindəyik və Macarıstan nədənsə buna məhəl qoymur", - o deyib.
Tixi əlavə edib ki, Macarıstanın Baş naziri Viktor Orbanın ritorikası ölkəsinin vətəndaşlarına ölkənin enerji təchizatını şaxələndirməməsinin səbəbini izah etmək əvəzinə, Ukraynaya yönəlib. Onun sözlərinə görə, Ukrayna Rusiyanın zərbəsi nəticəsində "Drujba" kəmərinə dəyən ziyanla bağlı Budapeştdən heç bir qınaq eşitməyib.
Oxşar xəbərlər
Viktor Orban: Neft tədarükü bərpa edilməsə, Ukraynaya maliyyə dəstəyi olmayacaq
Peter Siyarto: Ukrayna "Drujba" üzrə üçtərəfli məsləhətləşmələrdən imtina edir
Aİ "Drujba" neft kəmərinin bərpasına dəstək göstərəcək
Macarıstan və Slovakiya Avropa Komissiyasını Ukraynanı “Drujba” neft kəmərinə hücumlardan çəkindirməyə çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
