Viktor Orban: Neft tədarükü bərpa edilməsə, Ukraynaya maliyyə dəstəyi olmayacaq
Macarıstan "Drujba" neft kəməri ilə tədarüklər bərpa olunmayana qədər Ukrayna ilə bağlı heç bir qərarı dəstəkləməyəcək.
"Sizinxeber.az"un Avropa bürosu xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Brüsseldə Aİ ölkələrinin dövlət və hökumət başçılarının sammitindən əvvəl bildirib.
Onun fikrincə, Ukrayna üçün 90 milyard avroluq kredit və Rusiyaya qarşı sanksiyalar üzrə heç bir irəliləyiş yoxdur və olmayacaq.
"Macarıstanın mövqeyi çox sadədir. Biz Ukraynanı dəstəkləməyə hazırıq. Lakin bu, onun tədarükünü əngəllədiyi neftimizi alacağımız halda mümkündür. O vaxta qədər Macarıstan Ukrayna üçün maliyyə vəsaiti ilə bağlı heç bir qərarı dəstəkləməyəcək", - o qeyd edib.
Orban deyib ki, neft Macarıstana daxil olmalıdır, "Drujba" neft kəmərini təmir etmək və yenidən işə salmaqla bağlı vədlər isə "sadəcə nağıldır".
Macarıstan lideri yalnız faktlara inandığını vurğulayaraq, başqa heç bir variantın olmadığını əlavə edib.
Oxşar xəbərlər
Ukrayna bu vaxta qədər AB-yə qoşulmayacaq
Viktor Orban: Avropa İttifaqı Ukrayna münaqişəsində uduzub
Viktor Orban: "Macarıstanın türk dövlətləri ilə illik ticarət dövriyyəsi 5 milyard dolları keçib"
Macarıstanın Baş naziri: Rusiya əleyhinə sanksiyalara görə 20 milyard avro itirmişik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
