Ukrayna və Küveyt müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər
Ukrayna və Küveyt müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinə dair danışıqlar aparıblar.
"Sizinxeber.az" xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və onun küveytli həmkarı Cərrah Cabər əl-Əhməd əs-Sabah arasında görüş baş tutub.
"Biz Fars körfəzindəki vəziyyət və İranın hücumları da daxil olmaqla Küveytə təsir edən son hadisələri müzakirə etdik. Bununla əlaqədar olaraq mən Ukraynanın Küveyt və regiondakı digər tərəfdaşlarla həmrəyliyini, eləcə də beynəlxalq hüquqa ortaq sadiqliyimizi qeyd etdim. Biz hava hücumundan müdafiə də daxil olmaqla müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə etdik", - Sibiqa "X" sosial şəbəkəsində yazıb.
Dialoq çərçivəsində Sibiqa küveytli həmkarını Ukraynaya səfərə dəvət edib.
Oxşar xəbərlər
Andrey Sibiqa Blinkenlə Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyi müzakirə edib
Sibiqa Blinkenlə Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyi müzakirə edib
Sibiqa və Rubio Ciddədə gözlənilən görüşü müzakirə ediblər
Zelenski: Barro ilə müdafiə sahəsində Fransa ilə birgə istehsalı müzakirə etdik
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

