"Astana" gəmisi Rumıniya sahillərində batıb, ölən var
Göyərtəsində beş heyət üzvü olan "Astana" yedək gəmisi martın 18-də Rumıniyanın Midiya limanında batıb, nəticədə bir nəfər ölüb, dörd nəfərin axtarışları isə davam edir.
"Report" Rumıniya KİV-nə istinadən xəbər verir ki, heyət üzvlərindən biri sahilə çıxarılıb, lakin onu həyata qaytarmaq mümkün olmayıb. Hazırda qalan dörd nəfərin axtarışı üzrə əməliyyat davam edir. Rumıniya hərbi dəniz qüvvələrinin rəhbərliyi onların həlak ola biləcəyini istisna etmir.
Hadisə yerinə təcili yardım briqadaları, dalğıclar və ixtisaslaşdırılmış xidmətlər göndərilib.
Rumıniya hərbi dəniz idarəsinin məlumatına görə, yedək gəmisi Midiya limanından təxminən 8 km məsafədə yerləşən Monbuy terminalına yan alarkən Marşal adaları bayrağı altında üzən "Amades" tankerinə kömək göstərilməsi manevri zamanı aşıb.
Hadisənin səbəblərini və şəraitini müəyyən etmək məqsədilə prokurorluğun koordinasiyası altında istintaq aparılır.
Rumıniya bayrağı altında üzən "Astana" yedək gəmisi 2006-cı ildə inşa edilib.
Oxşar xəbərlər
BƏƏ bayrağı altında üzən gəmi RAKETLƏ VURULDU
Heyətində 14 nəfər olan balıqçı trauleri Cənubi Koreya sahilində batıb
NATO-nun hərbi-dəniz təlimləri Rumıniyada keçiriləcək
Göyərtəsində 14 azərbaycanlının olduğu gəmi Don çayında saya oturub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı! - 70%-dək xüsusi endirimlər - VİDEO
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
