sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Göyərtəsində 14 azərbaycanlının olduğu gəmi Don çayında saya oturub
Rostov-na-Dondan Türkiyə limanına gedən yük gəmisi Rostov vilayətinin Azov rayonunda Don çayında saya oturub.
“Report” xəbər verir ki, bu barədə "İnterfaks"a Rusiyanın Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin mətbuat xidməti məlumat verib.
"Moskva vaxtı ilə saat 13:50-də Vanuatu bayrağı altında üzən “Florica” gəmisinin saya oturması barədə məlumat daxil olub. Gəmidə 14 Azərbaycan vətəndaşı var", - agentliyin həmsöhbəti bildirib.
O qeyd edib ki, gəmi Rostov-na-Dondan Samsun (Türkiyə) limanına gedirmiş. Heç kim xəsarət almayıb, naviqasiya pozulmayıb. Onu sayadan çıxarmaq üçün iki yedək gəmisi göndərilib.
Oxşar xəbərlər
Bosfor boğazında gəmilərin hərəkəti dayandırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
