Zelenski: Rusiya Ordusunun iri miqyaslı hücum əməliyyatının qarşısını aldıq
Ukraynanın Müdafiə Qüvvələri Rusiya Ordusunun strateji hücum əməliyyatının qarşısını alıb.
"Sizinxeber.az"un məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski bunu teleqram kanalında yazıb.
"Ukraynanın mövqelərini müdafiə edən və düşmən qüvvələrini məhv edən hərbçilərimizə təşəkkür etmək istəyirəm. Ukrayna Müdafiə Qüvvələri Rusiya Federasiyasının bu ilin mart ayı üçün planlaşdırdığı strateji hücum əməliyyatını pozub. Hücumlar və həmlələr davam etsə də, onların intensivliyi və miqyası Rusiya Silahlı Qüvvələrinin planlaşdırdığı kimi deyil", - paylaşımda bildirilir.
Zelenskinin sözlərinə görə, Rusiya Ordusu qüvvələrini ən intensiv şəkildə Zaporojye istiqamətində toplayır: "Rusiya Ordusu orada qüvvələrini artırmağa çalışır, amma biz onları məhv edirik".
Oxşar xəbərlər
Zelenski: Ukrayna Ordusu Kurskda aktiv müdafiə əməliyyatlarını davam etdirir
Zelenski Rusiya Silahlı Qüvvələrini Pasxa atəşkəsini pozmaqda ittiham edib
Sırski: Zaporojye ən qaynar nöqtəyə çevrilib
Zelenski Rusiyanın dərinliklərinə zərbələr endiriləcəyi anonsunu verib
Zelenski Ukrayna ordusunun Rusiyadakı fəallığını izah edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

