Zelenski Rusiya Silahlı Qüvvələrini Pasxa atəşkəsini pozmaqda ittiham edib
sizinxeber.az xəbər saytı

Zelenski Rusiya Silahlı Qüvvələrini Pasxa atəşkəsini pozmaqda ittiham edib


Rusiya ordusu ümumi atəşkəs təəssüratı yaratmağa çalışır, lakin irəliləmək və Ukraynaya itki vermək cəhdlərindən əl çəkmir.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün teleqram kanalında bildirib.

"Dünən saat 18:00-dan bu gün saat 00:00-a qədər Rusiya ordusu 387 dəfə atəş açıb və 19 dəfə hücum edib. Rusiyalılar 290 dəfə pilotsuz təyyarələrdən istifadə edib", - Zelenski "atəşkəs" zamanı cəbhədəki dünənki vəziyyətlə bağlı bildirib.

Zelenski Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin hesabatına istinad edərək qeyd edib ki, rusiyalılar atəşi və hücum hərəkətlərini davam etdirirlər.

"Cəbhə xəttinin müxtəlif istiqamətlərində artıq Rusiya tərəfdən 59 atəş açılıb, beş hücum qeydə alınıb", - məlumatda qeyd olunub.

Bundan əlavə, Kursk vilayətində artilleriya zərbələri və pilotsuz təyyarələrdən istifadə qeydə alınıb.

Bildirilib ki, Ukrayna öz növbəsində qarşı tərəfə adekvat cavab verir.

Zelenski sözlərinə görə, Ukrayna şəffaf davranmağa davam edəcək: “İlkin nəticələrə yekun vursaq, hələlik cəbhədə tam atəşkəs yoxdur".

Oxşar xəbərlər

Zelenski: Ukrayna Ordusu Kursk vilayətində əməliyyatı davam etdirir, qoşunlarımız mühasirədə deyil
Zelenski Putinin atəşkəs təklifinə münasibət bildirib
Zelenski Rusiyanın cəbhədə “Pasxa atəşkəsi”nə necə əməl etdiyindən danışıb
Zelenski Putinin elan etdiyi "Pasxa atəşkəsi" haqqında danışıb
Zelenski Ukrayna ordusunun Rusiyadakı fəallığını izah edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər