Benzinin qiymət artımı amerikalıları elektromobillərlə daha çox maraqlanmağa məcbur edir
sizinxeber.az xəbər saytı

Benzinin qiymət artımı amerikalıları elektromobillərlə daha çox maraqlanmağa məcbur edir


Yaxın Şərqdəki münaqişə fonunda benzin qiymətlərinin artması ABŞ sakinlərinin elektromobillərin alışı barədə daha çox düşünməsinə səbəb olur.

"Report"un "Bloomberg"ə istinadən məlumatına görə, bunu bazar məlumatları və axtarış sorğusu statistikası göstərir.

Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatına görə, 14 martda ABŞ-də benzinin qalıonunun orta qiyməti 3,70 dollar olub. Bir ay əvvəl bu rəqəm 2,90 dollar təşkil edib. "Bloomberg"in qiymətləndirməsinə görə, amerikalı sürücülər təkcə bu həftə yanacağa 1,65 milyard dollar daha çox pul xərcləyiblər.

Satışların aylarla davam edən azalmasından sonra elektromobillərə maraq artır. İrana qarşı hərbi əməliyyatların başlamasından sonrakı ilk həftədə "CarEdge" platforması elektromobillərin axtarışlarında 20 % artım qeydə alıb.

"Ignition Dealer Services" konsaltinq şirkətinin baş direktoru Stiven Seqelkin sözlərinə görə, ölkədə benzinin orta qiyməti bir qallon üçün 4 dollara çatdıqda elektromobillərə kütləvi keçid başlaya bilər.

Bu arada, Alyaska, Arizona, Vaşinqton, Nevada və Oreqonda yanacaq qiymətləri artıq bu səviyyəni keçib, Kaliforniyada isə qallonu 5,50 dollara yaxınlaşır.

Oxşar xəbərlər

Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək
Bloomberg: Trampla münaqişə Maska 34 milyard dollara başa gəlib
Bloomberg: ABŞ-də milyonerlər üçün vergilərin artırılması iqtidara 400 milyard dollar gətirə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər