RİNN: Rəşt-Astara dəmir yolu xəttinin tezliklə açılmasında maraqlıyıq
Rəşt-Astara dəmir yolu xəttinin tezliklə açılmasında maraqlıyıq.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan - Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrin 2-ci iqtisadi forumunda çıxışı zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Şahin İsmayılov deyib.
O bildirib ki, Şimal-Cənub nəqliyyat dəhlizinin tam gücü ilə işləməsi üçün Sumqayıt-Yalama və Ələt-Astara dəmiryolu xəttinin yenidən qurulması Azərbaycan üçün önəmlidir.
“Dəhlizin tamamlanması üçün İran ərazisində 167 kilometrlik Rəşt-Astara dəmiryolu layihəsi var. Bu layihənin tezliklə tamamlanmasında maraqlıyıq. Bu dəmiryolu xətti bizim Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrə daşımalarımızın artmasında çox böyük rol oynayacaq. Gördüyümüz işlər Azərbaycanın regional tranzit potensialının artırılmasına yönəlib” - nazirlik rəsmisi əlavə edib.
Oxşar xəbərlər
KƏŞ rəsmisi: Azərbaycanla iqtisadi əməkdaşlığın artırılması üçün böyük potensial var
Bakıda Azərbaycan-Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin iqtisadi forumu keçirilir
Qətər rəsmisi: Azərbaycanda uğurlu investisiya layihələri yaratmağa çalışırıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
