Türkoloq Gülxanım Vəliyeva dəfn edilib - YENİLƏNİB
Filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Türkologiya fakültəsinin dosenti Gülxanım Vəliyeva Buzovna qəbiristanlığında dəfn edilib.
APA xəbər verir ki, dəfn mərasimində mərhumun yaxınları ilə yanaşı, BDU-nun Filologiya fakültəsinin professor-müəllim heyəti də iştirak edib.
Qeyd edək ki, G.Vəliyeva bu gün səhər 80 yaşında vəfat edib.
***
11:33
Filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının dosenti Gülxanım Vəliyeva vəfat edib.
Bu barərə APA-ya BDU-nun Filologiya fakültəsinin dekan müavini Anar Fərəcov məlumat verib.
Mərhum alim bu gün Buzovna qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, G.Vəliyeva bir müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Xatırladaq ki, G. Vəliyeva 7 oktyabr 1944-cü ildə Bakı şəhərində anadan olub. 1968-1970-ci illərdə AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi olub. 1970-ci ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasında müxtəlif vəzifələrdə (baş laborant, müəllim, baş müəllim, dosent) çalışıb.
G.Vəliyeva 1984-cü ildə “Azərbaycan dili Şərqi Abşeron şivələrinin leksikası” mövzusunda namizədlik dissertasiyası müdafiə edib, 1990-ci ildə isə dosent elmi adını alıb. Elə həmin ildən BDU-nun Türkologiya kafedrasının dosenti kimi fəaliyyət göstərib.
Oxşar xəbərlər
Türkoloq Gülxanım Vəliyeva vəfat edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
BDU-nun dosenti Gülxanım Vəliyeva vəfat edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Professor Nəsiman Yaqublu dəfn edilib FOTO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nəsiman Yaqublu ilə vida mərasimi keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Professor Nəsiman Yaqublu bu gün Zabrat qəbiristanlığında dəfn olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












