Türkoloq Gülxanım Vəliyeva vəfat edib
Filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının dosenti Gülxanım Vəliyeva vəfat edib.
Bu barərə APA-ya BDU-nun Filologiya fakültəsinin dekan müavini Anar Fərəcov məlumat verib.
Mərhum alim bu gün Buzovna qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, G.Vəliyeva bir müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Xatırladaq ki, G. Vəliyeva 7 oktyabr 1944-cü ildə Bakı şəhərində anadan olub. 1968-1970-ci illərdə AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi olub. 1970-ci ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasında müxtəlif vəzifələrdə (baş laborant, müəllim, baş müəllim, dosent) çalışıb.
G.Vəliyeva 1984-cü ildə “Azərbaycan dili Şərqi Abşeron şivələrinin leksikası” mövzusunda namizədlik dissertasiyası müdafiə edib, 1990-ci ildə isə dosent elmi adını alıb. Elə həmin ildən BDU-nun Türkologiya kafedrasının dosenti kimi fəaliyyət göstərib.
Oxşar xəbərlər
Şərqşünas alim vəfat edib
Əməkdar incəsənət xadimi Sürayə Ağayeva vəfat edib
Azərbaycan Kooperasiya Universitetinin kafedra müdiri vəfat edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
