Azərbaycan Kooperasiya Universitetinin kafedra müdiri vəfat edib
Azərbaycan Kooperasiya Universitetinin Sosial elmlər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülnarə Qurbanova vəfat edib.
"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, o, 62 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Gülnarə İbrahim qızı Qurbanova 1962-ci il 16 iyul tarixində Bakı şəhərində anadan olub. 13 saylı məktəbdə orta təhsil alıb. 1979-1983-cü illərdə Azərbaycan Pedaqoji İnstitutunda (hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti) filologiya ixtisası üzrə ali təhsil alıb. 1985-ci ildən pedaqoji fəaliyyətə başlayıb. 2014-cü ildə “Türk dillərində əvəzliklər və onların mətn yaranmasında rolu” mövzusunda elmi işini müdafiə edib. 2016-cı ildə dosent vəzifəsi AAK tərəfindən təsdiq edilib.
2014-cü ildə Universitet rəhbərliyinin təqdimatı ilə “Tərəqqi” medalına layiq görülüb. Azərbaycan Kooperasiya Universitetinin “Bizim qəzet” aylıq ictimai-siyasi qəzetinin baş redaktoru, monoqrafiya, dərs vəsaiti və onlarla proqramın müəllifidir. Respublika mətbuatında mütəmadi olaraq məqalələrlə çıxışlar edib.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
