Sirus Təbrizliyə həsr edilən “Kəramət Mücahidi” adlı kitabın təqdimatı keçirilib
Yeni Azərbaycan Partiyasının yaradıcılarından və rəhbərlərindən biri olan tanınmış yazıçı-publisist, görkəmli ictimai-siyasi xadim, sabiq nazir və millət vəkili Sirus Təbrizliyə həsr edilən “Kəramət Mücahidi” adlı kitabın təqdimatı keçirilib.
APA xəbər verir ki, tədbirdə ictimaiyyət nümayəndələri, ziyalılar, jurnalistlər və yazarlar iştirak ediblər.
Kitab “Sirus” nəşriyyatında çap olunub. Nəşrin müəllifi mərhum jurnalist Məmməd Muraddır. Müəllif kitabda yaxın dostu haqqında xatirələrini və Sirus Təbrizlinin sevdiyi kəlamları oxucularla bölüşüb. Həmçinin, Sirus Təbrizlinin bəzi məqalələri də oxucuların diqqətinə çatdırılıb.
Tədbirdə çıxış edən Sirus Təbrizlinin qızı Arzu Təbrizli bildirib ki, təəssüf ki, Məmməd Murad kitabın tamamlanmasını görə bilməyib:
Kitabın təqdimatı Sirus Təbrizli ilə bağlı bölüşülən xatirələrlə davam edib. Çıxış edənlər onun təkcə ictimai-siyasi fəaliyyəti ilə deyil, insanlarla münasibəti, sadəliyi və prinsipial mövqeyi ilə də yadda qaldığını vurğulayıblar.
Oxşar xəbərlər
Sirus Təbrizliyə həsr edilən “Kəramət Mücahidi” adlı kitabının təqdimatı keçirilib
Bahəddin Həzinin “Göyün cazibə qüvvəsi” kitabının təqdimatı olub
Tağıyevin həyatından bəhs edən kitabın təqdimatı olub - FOTO
“İRS” silsiləsi çərçivəsində nəşr edilən “Daşları toplamaq vaxtıdır” adlı kitabın təqdimatı keçirilib
Mərhum yazıçı Günel Eminlinin "Kimya gündəliyi" adlı kitabı çap edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
