Tağıyevin həyatından bəhs edən kitabın təqdimatı olub - FOTO
Bu gün Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən “Səxavət dünyasının sərvəri” kitabının təqdimatı keçirilib.
Sizinxeber.az xəbər verir ki, "LIBRAFF" kitab mağazasında keçirilən tədbirdə tarixçilər, ictimai xadimlər və kitabsevərlər iştirak ediblər.
Tədbirdə açılışında kitabın müəllifi tarix elmləri doktoru Fərhad Cabbarov əsər haqqında ətraflı məlumat verib. O bildirib ki, kitabın hazırlanması zamanı dörd ölkənin arxiv materiallarından istifadə edilib: "Tağıyev haqqında bir çox yanlış fikirlərlə yanaşı əfsanələşmiş məsələlər də mövcuddur. Çalışmışıq kitabda bunların hamısına aydınlıq gətirək".
Milli Tarix Muzeyinin direktoru akademik Nailə Vəlixanlı, professorlar - Ədalət Tahirzadə, Solmaz Rüstəmova-Tohidi, Əməkdar mədəniyyət işçisi Rahib Azəri çıxış edərək kitab haqqında fikilərini bölüşüblər.
Qeyd edək ki, “TEAS Press” Nəşriyyat evində çap olunan “Səxavət dünyasının sərvəri” kitabında böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyəti haqqında aparılan araşdırmalar, yeni tapıntılar yer alıb.
İlkin Naib
Oxşar xəbərlər
"Tağıyev" sənədli filminin təqdimatı olub - FOTO
Astanada Zəfər Gününə həsr edilmiş kitabın təqdimatı olub
“Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim edilib
“Heydər Əliyev – 100: Biblioqrafik məlumat kitabı”nın təqdimatı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
