Sirus Təbrizliyə həsr edilən “Kəramət Mücahidi” adlı kitabının təqdimatı keçirilib
sizinxeber.az xəbər saytı

Sirus Təbrizliyə həsr edilən “Kəramət Mücahidi” adlı kitabının təqdimatı keçirilib


Yeni Azərbaycan Partiyasının yaradıcılarından və rəhbərlərindən biri olan tanınmış yazıçı-publisist, görkəmli ictimai-siyasi xadim, sabiq nazir və millət vəkili Sirus Təbrizliyə həsr edilən “Kəramət Mücahidi” adlı kitabının təqdimatı keçirilib.

Sizinxeber.az xəbər verir ki, tədbirdə ictimaiyyət nümayəndələri, ziyalılar, jurnalistlər və yazarlar iştirak ediblər.

Kitab “Sirus” nəşriyyatında çap olunub. Nəşrin müəllifi mərhum jurnalist Məmməd Muraddır. Müəllif kitabda yaxın dostu haqqında xatirələrini və Sirus Təbrizlinin sevdiyi kəlamları oxucularla bölüşüb. Həmçinin, Sirus Təbrizlinin bəzi məqalələri də oxucuların diqqətinə çatdırılıb.

Tədbirdə çıxış edən Sirus Təbrizlinin qızı Arzu Təbrizli bildirib ki, təəssüf ki, Məmməd Murad kitabın tamamlanmasını görə bilməyib:

Kitabın təqdimatı Sirus Təbrizli ilə bağlı bölüşülən xatirələrlə davam edib. Çıxış edənlər onun təkcə ictimai-siyasi fəaliyyəti ilə deyil, insanlarla münasibəti, sadəliyi və prinsipial mövqeyi ilə də yadda qaldığını vurğulayıblar.

Oxşar xəbərlər

Bahəddin Həzinin “Göyün cazibə qüvvəsi” kitabının təqdimatı olub
Tağıyevin həyatından bəhs edən kitabın təqdimatı olub - FOTO
“İRS” silsiləsi çərçivəsində nəşr edilən “Daşları toplamaq vaxtıdır” adlı kitabın təqdimatı keçirilib
TÜRKSOY-un Baş katibinin kitabının təqdimatı keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər