Gəncə sakini: WUF13-lə bağlı tədbirlər şəhər mühitinin formalaşması üçün vacib addımdır
sizinxeber.az xəbər saytı

Gəncə sakini: WUF13-lə bağlı tədbirlər şəhər mühitinin formalaşması üçün vacib addımdır


WUF13-lə bağlı tədbirlərin təşkili şəhər mühitinin formalaşması üçün vacib addımdır.

Bunu "Report"un Qərb bürosuna açıqlamasında Gəncədə təşkil olunan WUF13 Festivalını dəyərləndirən şəhər sakini Fatimə Kərimli deyib.

O, tədbirin proqramının çox maraqlı olduğunu vurğulayıb:

"Bu gün burada yeni biliklər və dostlar, həmçinin fərqli təcrübə və gələcək layihələrim üçün motivasiya qazandım".

Digər sakin Vüsal Orucov isə bildirib ki, bu tədbir Azərbaycan gəncliyi üçün şəhərsalma meyarlarının izahı, ümumilikdə isə urbanizasiya ilə bağlı yeni məlumatların əldə olunması ilə seçilib:

"Belə tədbirlərin keçirilməsi şəhər mühitinin formalaşması üçün vacib addımdır. Əsas da bu, işğaldan azad olunmuş torpaqlarda şəhərlərə həyatın yenidən qaytarılması və salınması baxımından vacibdir".

Şəhər sakini Əliyar Səfərov isə bildirib ki, WUF13 Festivalının bölgələrdə keçirilməsi gənclər üçün böyük stimuldur:

"Şəhər sakinləri bu festivala böyük maraq göstərirlər. Burada qurulan stendlər, gənclər üçün təşkil olunan oyunlar da maraqla qarşılanır. Ümumilikdə isə deyə bilərəm ki, festival çox yüksək səviyyədə keçir".

Oxşar xəbərlər

Sakin: Şəkidə WUF13 Festivalının keçirilməsi bizi çox sevindirir
Mingəçevir sakini: WUF13-ün şəhərimizdə keçirilməsi olduqca maraqlı və sevindirici haldır
Sakin: Şəki şəhərsalma mədəniyyəti yüksək səviyyədə inkişaf etmiş şəhərdir
WUF13-də qeydiyyatdan keçənlərin sayı 20 minə çatıb
Azərbaycanda keçiriləcək WUF13 konfransı üçün 150 ölkədən 25 minə yaxın iştirakçı qeydiyyatdan keçib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər