Azərbaycanda keçiriləcək WUF13 konfransı üçün 150 ölkədən 25 minə yaxın iştirakçı qeydiyyatdan keçib
sizinxeber.az xəbər saytı

Azərbaycanda keçiriləcək WUF13 konfransı üçün 150 ölkədən 25 minə yaxın iştirakçı qeydiyyatdan keçib


Azərbaycanda keçiriləcək WUF13 konfransı üçün 150 ölkədən 25 minə yaxın iştirakçı qeydiyyatdan keçib.

"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov "İctimai proseslər media müstəvisində" mövzusunda III Forumun açılış mərasimində deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda şəhərsalma modeli köhnə modeldən çıxıb:

"Ağıllı şəhər və kənd konsepsiyalar həyata keçirilir. Şəhər landşaftın ın formalaşması, yaşıl zonanın artırılması müasir çağırışlara cavab verir. Azərbaycanın qabaqcıl şəhərsalma modeli dünyada da tanınır".

Read Qasımovun sözlərinə görə, mayın 17-22 keçiriləcək WUF13 tədbiri üçün 25 minə yaxın iştirakçı qeydiyyatdan keçib.

"Bu da ölkəmizdə keçiriləcək bu foruma olan diqqətin göstəricisidir".

Oxşar xəbərlər

WUF13-də qeydiyyatdan keçənlərin sayı 20 minə çatıb
WUF13-də iştirak üçün qeydiyyatdan keçənlərin sayı açıqlanıb
Adil Məmmədov: "WUF13-ə 30 minə yaxın iştirakçının qatılması gözlənilir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər