Xüsusi nümayəndə: Bu il azad olunmuş ərazilərə köç prosesinin pik mərhələsi olacaq
sizinxeber.az xəbər saytı

Xüsusi nümayəndə: Bu il azad olunmuş ərazilərə köç prosesinin pik mərhələsi olacaq


Bu il azad olunmuş ərazilərə köç prosesinin pik mərhələsi olacaq.

"Report" xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Bakı Şən və Hazırcavablar Klubunun (ŞHK) prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı Anar Məmmədxanovun anım mərasimində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, həmin ərazilərdə bərpa-quruculuq işləri tam sürətlə davam edir:

"Təkcə Ağdam rayonuna 20 minə yaxın əhali köçürüləcək. Eyni zamanda, Xocavənd və Füzuli rayonlarına da ümumilikdə 15 minə yaxın insanın qayıdışını təmin etməyə planlaşdırırıq".

E. Hüseynov qeyd edib ki, 30 mindən çox keçmiş məcburi köçkün artıq işğaldan azad edilmiş ərazilərə köçüb:

"70 mindən çox adam orada həm yaşayır, işləyir, həm də təhsil alır. Eyni zamanda bu köç prosesi daim davam edir. Bugün 92 ailə Ağdam şəhərinə köçür və bu il ərzində, proses davam edəcək".

MƏLUMAT YENİLƏNİR

Oxşar xəbərlər

Emin Hüseynov: Ağdam, Füzuli və Xocavənddə minalardan təmizlənmiş sahə orta hesabla 40% təşkil edir
Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır
Bu il Xocavəndə ilk köç nəzərdə tutulur
Regionlardakı məcburi köçkün məktəblərinin müəllim heyəti də azad olunmuş ərazilərə köçürüləcək? - SORĞU

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər