Regionlardakı məcburi köçkün məktəblərinin müəllim heyəti də azad olunmuş ərazilərə köçürüləcək? - SORĞU
sizinxeber.az xəbər saytı

Regionlardakı məcburi köçkün məktəblərinin müəllim heyəti də azad olunmuş ərazilərə köçürüləcək? - SORĞU


Azad olunmuş ərazilərə qayıdış prosesi sürətlənib. Bəs regionlarda yerləşən məcburi köçkün məktəblərinin kollektivi və müəllim heyətinin fəaliyyəti necə olacaq? Onlar da köçürüləcək?

Məsələ ilə bağlı "Sizinxeber.az"un sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, hazırda Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, işğaldan azad edilmiş ərazilərdə bərpa-yenidənqurma işləri aparılır.

Qeyd edilib ki, proses çərçivəsində digər infrastruktur obyektləri ilə yanaşı, ümumi və məktəbəqədər təhsil müəssisələri də yenidən qurulur. Ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən və müstəqil binası olan məcburi köçkün məktəblərinin tədricən yerləşdikləri rayon və şəhərlər üzrə Regional Təhsil İdarələrinin tabeliyinə verilməsi planlaşdırılır. Uyğunlaşdırılmış binalarda yerləşən müəssisələrin isə optimallaşdırılması istiqamətində işlər aparılır.

"Qeyd edirik ki, işğaldan azad olunmuş ərazilərdə fəaliyyətini davam etdirəcək ümumi təhsil müəssisələrinin kadr təminatı ilkin olaraq həmin müəssisələrin sözügedən ərazilərə köçən pedaqoji kadrları vasitəsilə təmin edilir. Qeyd olunan müəssisələrin işğaldan azad olunmuş ərazilərə köçməyən pedaqoji kadrlarının yaxın ərazidə yerləşən digər müəssisələrdə fəaliyyətlərini davam etdirmələrinə dəstək göstərilir", - Agentlikdən vurğulanıb.

Oxşar xəbərlər

Qarabağda və Şərqi Zəngəzurda bu günədək 8500-dən çox keçmiş məcburi köçkün məskunlaşdırılıb
“Qaçqınkom”dan azad olunan ərazilərə köçürülən şəxslərlə bağlı iddialara CAVAB
Azad edilən ərazilərdə 43 min 144 nəfər məskunlaşıb
Bu gün 132 mindən çox uşaq birinci sinfə gedəcək
Yeni tədris ilində Bakı məktəblərində yarım milyondan çox şagird təhsil alacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle