İqtisadi Şuranın iclasında sahibkarların problemləri müzakirə olunub
sizinxeber.az xəbər saytı

İqtisadi Şuranın iclasında sahibkarların problemləri müzakirə olunub


Azərbaycan Baş naziri Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Qeyd olunub ki, keçirilən iclasın gündəliyində "Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi Qrup"u tərəfindən hazırlanan "Tikinti və kommunal infrastruktura qoşulma" və "Sənaye" sahələrində sahibkarların qaldırdığı aktual məsələlər və problemlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan məsələlər üzrə Azərbaycan Respublikası Prezidentinin köməkçisi və İşçi Qrupun rəhbəri Natiq Əmirovun məruzəsi dinlənilib.

İclasda təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və dəvət olunanlar ədliyyə naziri Fərid Əhmədov, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev, Fövqəladə Hallar Nazirinin müavini Cəbrayıl Xanlarov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Sədrinin birinci müavini Namiq Hümmətov çıxış ediblər.

Yekunda iclas iştirakçılarının rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlərin həlli istiqamətində müvafiq normativ-hüquqi aktların layihələrinə dəyişiklikləri hazırlayaraq Nazirlər Kabinetinə təqdim olunması barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara tapşırıqlar verilib.

Oxşar xəbərlər

İqtisadi Şuranın iclası keçirildi: Tapşırıqlar verildi
İqtisadi Şurada 2026-cı il dövlət büdcəsinin layihəsinə dair müzakirə aparılıb
İqtisadi Şurada 2026-cı il dövlət büdcəsi və Vergi Məcəlləsinə dəyişikliklər müzakirə olunub
Rəqəmsallaşmayan dövlət xidmətlərinin “ASAN xidmət”də göstərilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib
Gələn ilin dövlət büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər