Adil Kərimli: Laçının MDB-nin mədəniyyət paytaxtı seçilməsi mühüm sosial-mədəni əhəmiyyətə malikdir
Laçının MDB-nin mədəniyyət paytaxtı seçilməsin Azərbaycan üçün mühüm sosial-mədəni əhəmiyyətə malikdir.
“Sizinxeber.az” xəbər verir ki, bu fikirləri mədəniyyət naziri Adil Kərimli Laçında “MDB-nin mədəniyyət paytaxtı – 2025”in açılışında deyib.
Nazir bildirib ki, bu, işğaldan azad edilmiş Azərbaycan ərazilərinin mədəni və iqtisadi dirçəliş prosesində beynəlxalq ictimaiyyətin dəstəyinin və həmrəyliyinin bariz təzahürüdür.
“Otuz illik işğal dövründə Laçında məscidlər, ziyarətgahlar, məbədlər, qədim kurqanlar, qəbiristanlıqlar, eləcə də muzeylər, kitabxanalar, məktəblər dağıdıldı. Yaşayış binaları, müqəddəs yerlər, mədəni dəyərlər xarabalığa çevrilib”.
Adil Kərimli işğaldan azad edildikdən sonra Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu ərazilərin bərpası istiqamətində genişmiqyaslı tədbirlərin uğurla həyata keçirildiyinə diqqət çəkib.
“Xüsusilə qeyd etmək istərdim ki, işğaldan azad edilmiş ərazilərin bərpası konsepsiyası təkcə fiziki tikintini, dağılmış infrastrukturun və abidələrin yenidən qurulmasını deyil, həm də mədəni həyatın dirçəldilməsini əhatə edir”.
Nazir Laçın şəhərinə MDB-nin mədəniyyət paytaxtı statusunun verilməsinin böyük simvolik əhəmiyyəti olduğunu vurğulayıb.
“Biz münaqişədən sonrakı yenidənqurma mərhələsində olan şəhərə bu adın verilməsini dəstəkləyən Birlik ölkələrinin xoş niyyətini yüksək qiymətləndiririk. Biz bu seçimdə mədəniyyətin bütün proseslərdə mühüm rolunu dərindən dərk edirik”.
Oxşar xəbərlər
Laçına MDB-nin mədəniyyət paytaxtı sertifikatı təqdim olunub
Adil Kərimli: Davranış mədəniyyətinin formalaşması iqlim məqsədlərinə nail olmağa kömək edir
Adil Kərimli: Azərbaycanla Qırğızıstanın dinamik inkişaf edən münasibətləri tarixi köklərə əsaslanır
Nazir müavini: İşğaldan azad olunmuş ərazilərdə mədəni irsimizin bərpası prosesində Serbiyanın dəstəyindən məmnun olarıq
Adil Kərimli: Mədəniyyət iqlim gündəliyinin formalaşmasında mərkəzi rol oynayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi












