Sizinxeber.az » Mədəniyyət » Mədəniyyət siyasəti » Kiyevdə görkəmli şair Abbas Abdullanın 85 illiyinə həsr olunmuş tədbir keçirilib

Kiyevdə görkəmli şair Abbas Abdullanın 85 illiyinə həsr olunmuş tədbir keçirilib

Kiyevdə Ukrayna Xarici İşlər Nazirliyi yanında Gennadi Udovenko adına Diplomatik Akademiyada Azərbaycan şairi, Ukrayna ədəbiyyatı nümunələrinin tərcüməçisi, diplomat Abbas Abdullanın (1940-2019) anadan olmasının 85-ci ildönümünə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

"Report" xəbər verir ki, tədbirin təşkilatçıları Azərbaycanın Ukraynadakı səfirliyi və Ukrayna-Türk Mərkəzi olub.

Ukrayna ədəbiyyatının ən görkəmli azərbaycanlı tərcüməçisi və tədqiqatçısı olan Abbas Abdulla Ukrayna dilini yüksək bədii səviyyədə bilirdi. O, Ukrayna ədəbiyyatını orijinaldan tərcümə edirdi, ölkənin mədəniyyətini, tarixini, mentalitetini, ənənələrini tanıyırdı.

Gecədə Ukrayna Mədəniyyət və Strateji Kommunikasiyalar Nazirliyinin tədbirin təşkilatçılarına və iştirakçılarına ünvanladığı məktub oxunub. Məktubda Abbas Abdullanın Ukrayna-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfəsi qeyd edilib.

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev iki ölkə arasında mədəni dialoqun inkişafının eləcə də, fəaliyyətini ölkələrimiz arasında mədəni diplomatiyaya həsr etmiş görkəmli şəxsiyyətlərin ədəbi irsinin öyrənilməsinin vacibliyini vurğulayıb.

Ukrayna Xalq deputatı Sergey Naqornyak Ukraynanın ərazi bütövlüyünə ardıcıl dəstəyinə və hərtərəfli yardımına görə Azərbaycana təşəkkür edib. Deputat, Azərbaycanın Ukrayna üçün qardaş ölkə olduğunu və belə tədbirlərin Azərbaycan mədəniyyətinə, dilinə, ənənələrinə hörmət əlaməti olduğunu qeyd edib.

Tədbirdə Ukrayna kollektivləri Azərbaycan rəqsləri və mahnılarını ifa ediblər. Kiyevin “Barvinoçok” Ukrayna rəqs məktəbi qavallarla “Ağ çiçək” rəqsini, “Veselad” xalq mahnıları vokal ansamblı isə “Sən gəlməz oldun” əsərini və Sami Yusifin Nəsiminin qəzəli əsasında mahnısını ifa ediblər.

Eyni zamanda bandura musiqi alətində Azərbaycanın Himni və Marina Vişnevskayanın ifasında bəstəkarlarımızın melodiyaları səsləndirilib.

Ukrayna-Türk Mərkəzinin fakültativində Azərbaycan dilini öyrənən fəal Polina Pyatnitsa Abbas Abdullanın şeirlərini səsləndirib.

Məlumat yenilənir

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !