Oleq Əmirbəyov: Mədəniyyət nazirinin “AzDrama”nın kollektivi ilə görüşü hansısa söz-söhbətə görə edilməyib
Mədəniyyət nazirinin teatr kolletivləri ilə görüşü planlı şəkildə həyata keçirilir, ötən il bir neçə teatr kollektivi ilə görüş oldu, bu il də eyni tendensiya davam etdirildi və Rus Dram Teatrı, eləcə də Akademik Milli Dram Teatrının kollektivi ilə görüşlər oldu. Yəni bu hər hansısa bir söz-söhbətə, yaxud müzakirəyə görə edilməyib.
Bu fikirləri "Report"a müsahibəsində mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov deyib.
Müşavir teatr kollektivləri ilə görüşlərdə əsas məqsədin nazirinin kollektivlərlə daha yaxından tanış olması olduğunu bildirib:
"Eləcə də kollektiv üzvlərinin fikirlərini öyrənmək və Mədəniyyət Nazirliyinin yanaşmasını birbaşa nazirin özündən eşidilmək də bu görüşlərdə əsas məqsədlərdəndir. Onu da deyim ki, bu görüşlərdə təkcə teatrın yaradıcı heyəti olmur, teatrın ayrı-ayrı sahələrini əhatə edən şəxslər də, məsələn, texniki heyət də orada olur. Çünki nazirliyin yanaşması budur ki, söhbət tək yaradıcı heyətdən getmir, məsələn, texniki heyətin də müəyyən təklifi ola bilər və onu səsləndirməkdə sərbəstdir".
Oelq Əmirbəyov teatrlarda baş verən fikir toqquşmalarının normal olduğunu qeyd edib:
"Teatr yaradıcı mühitdir, orada hansısa fikir toqquşmalarının olması normaldır. Mən teatrda çalışdığım dövrü xatırlayıram, bizdə də bu cür mübahisələr olurdu", - müşavir əlavə edib.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
Oxşar xəbərlər
Müşavir: Azərbaycanda teatr idarəetməsi Sovetdən qalmadır, bəzi teatrlarda bu model yararsızdır
"Azdrama" Belarus Milli Akademik Teatrı ilə memorandum imzalayıb
Mədəniyyət nazirinin müşaviri: Bölgə teatrları ilə bağlı siyasət dövlət proqramında öz əksini tapmalıdır - MÜSAHİBƏ
Gəncə Dövlət Milli Dram Teatrı Portuqaliyada tamaşa nümayiş etdirib
Gəncədə Dövlət Milli Dram Teatrı Portuqaliyada tamaşa nümayiş etdirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi












