Sizinxeber.az » Mədəniyyət » Mədəniyyət siyasəti » Bakı Xoreoqrafiya Akademiyasının tələbələri Ankarada Beynəlxalq festivalda iştirak ediblər

Bakı Xoreoqrafiya Akademiyasının tələbələri Ankarada Beynəlxalq festivalda iştirak ediblər

Ankarada Hacettepe Universitetinin Dövlət Konservatoriyasının Konsert Salonunda Türk Dünyası Dövlət Balet Məktəblərinin beynəlxalq festivalı keçirilib.

“Report”un Ankara bürosunun xəbərinə görə, festivalı çərçivəsində Dünya Rəqs Günü müasir və xalq rəqslərinin bir araya gəldiyi xüsusi gecə ilə qeyd olunub.

Beynəlxalq festivala Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyədən gənc istedadların mədəniyyətlərlə rəqsin qovuşdurduğu tamaşaları nümayiş olunub.

Türk Dünyası və Türkiyədən seçilən konservatoriya və xoreoqrafiya məktəblərinin yer aldığı festivalda Azərbaycanı Bakı Xoreoqrafiya Akademiyasının istedadlı tələbələri təmsil edib.

Qala konsertində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev çıxışı edərək bildirib ki, sənət birləşdirici gücdür və türk dünyasının zəngin mədəni irsi olan balet sənəti bu birləşdircilikdə mühüm rol oynayır.

Qeyd edək ki, türk dünyasının aparıcı balet məktəblərini bir araya gətirən Beynəlxalq Türk Dünyası Dövlət Balet Məktəbləri Ankara Festivalı 28 aprel - 2 may 2025-ci il tarixlərini əhatə edir.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !