Ankarada “Cırtdanın Türkiyədə macəraları” nümayiş olunub
Bu gün Ankarada “Cırtdanın Türkiyədə macəraları” adlı tamaşa nümayiş olunub.
“Sizinxeber.az”un Türkiyə bürosu xəbər verir ki, tamaşa IV Beynəlxalq Kukla və Qaragöz (kölgə teatrı) Teatrları Festivalı çərçivəsində keçirilib.
Azərbaycan Dövlət Kukla Teatrının yaradıcı kollektivinin iştirakı ilə baş tutan tamaşada milli kukla personajlarından ibarət səhnə işinin quruluşçu rejissoru Saida Haqverdiyeva, tərtibatçı rəssam İqbal Əliyev, aparıcı kukla aktyorları Səriyyə Mansurova, Aygül Ağayeva, Elnur Abbasquliyev, Rəhim Rəhimov və Cavid Telman iştirak ediblər.
Qeyd edək ki, aprelin 21-də start verilən bu festivala Türkiyə, Özbəkistan və Şimali Kipr Türk Respublikasından olan teatr kollektivləri də qatılıb.
Festivalın proqramına əsasən, tamaşalar Ankarada (21–25 aprel), İstanbulda (26 aprel), daha sonra isə Azərbaycan (28–30 aprel) və Özbəkistanda (2–5 may) təqdim olunmalıdır.
Festivalın son mərhələsi mayın 9-12-də Şimali Kipr Türk Respublikasında baş tutacaq.
Oxşar xəbərlər
Adil Kərimli Azərbaycan Dövlət Kukla Teatrında olub
Kukla Teatrının aktrisası vəfat edib
Naxçıvan Dövlət Kukla Teatrının direktoru vəzifəsinə təyinat olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
