Rabatda “Əlifba” mədəni layihəsinin təqdimatı keçirilib
- 25-04-2025, 00:00
- Mədəniyyət / Mədəniyyət siyasəti
- 0
- 1 595
Mərakeş Krallığının paytaxtı Rabat şəhərinin mərkəzində yerləşən, UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alan, ölkənin önəmli tarixi-arxeoloji məkanlarından hesab edilən “Chellah” qoruğu ərazisində 23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə Azərbaycanın aparıcı media platformalarından biri olan “Nərgiz” jurnalı tərəfindən “Əlifba” mədəni layihəsinin təqdimatı keçirilib.
"Report" xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyi və “Azercell Telekom” şirkətinin dəstəyi və Azərbaycanın Mərakeşdəki səfirliyinin vasitəçiliyi ilə baş tutmuş tədbirdə “Nərgiz” jurnalının baş redaktoru Ülviyyə Mahmud jurnalın kollektivi ilə birlikdə iştirak edib.
Qonaqlara 2012-ci ildən fəaliyyət göstərən “Nərgiz” jurnalının müxtəlif ölkələrdə mədəniyyət, incəsənət, ətraf mühit kimi sahələrdə həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verilib. Vurğulanıb ki, jurnalın baş redaktoru Ülviyyə Mahmudun təşəbbüsü ilə ərsəyə gəlmiş “Əlifba” kitabı 2019-cu ildən etibarən Azərbaycanın zəngin mədəni irsinin təbliğinə önəmli töhfə verir, bu irsin qorunması və gələcək nəsillərə ötürülməsi kimi vacib missiyanı həyata keçirir. Diqqətə çatdırılıb ki, ərəb və fransız dillərinə də tərcümə edilmiş kitabın İstanbul, Berlin və Doha şəhərlərindən sonra Rabatda da təqdimatı əlamətdar hadisədir.
Tədbirdə Mərakeşin gənclər, mədəniyyət və kommunikasiya naziri Mohamed Mehdi Bensaid, həmrəylik, sosial inteqrasiya və ailə məsələləri üzrə nazir Naima Ben Yəhya, Audiovizual Kommunikasiya üzrə Ali Qurumun rəhbəri Lətifə Axarbaş və digər dövlət rəsmiləri, eləcə də diplomatik korpusun təmsilçiləri, media, qeyri-hökumət təşkilatları, Azərbaycan diasporu nümayəndələri də daxil olmaqla 150-yə yaxın qonaq iştirak edib.
Tədbir çərçivəsində ABŞ-dan gəlmiş, əslən azərbaycanlı pianoçu və bəstəkar Ruslan Ağababayevin ifasında Azərbaycan və dünya musiqisindən incilər səsləndirilib, habelə Rəşad Ələkbərovun “Azərbaycana xoş gəlmisiniz” instalyasiyası təqdim edilib. Bununla yanaşı, Azərbaycanın tanınmış caz musiqiçisi Əzizə Mustafazadənin əsərlərinin müşayiəti ilə ölkəmizin müxtəlif bölgələrini əks etdirən 14 ənənəvi milli qadın geyiminin kolleksiyasından ibarət moda nümayişi qonaqlar tərəfindən seyr edilib. Həmçinin ölkəmizin zəngin mədəniyyəti və tarixini əlifba vasitəsilə əks etdirən, azərbaycanlı rejissor Mehran İsmayılsoy və ssenari müəllifi Ağamehdi Abidovun müəllifi olduğu “Tarix məktublarda” adlı qısametrajlı sənədli cizgi filmi izlənilib. Sonda Azərbaycan milli mətbəxinin nümunələri iştirakçılara təqdim edilib.





width="220" alt="Varşavada “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” adlı foto sərgi açılıb - FOTO" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />