“Xəzər” jurnalının nəşri Azərbaycan Dillər Universitetində davam etdiriləcək
“Xəzər” tərcümə və mədəniyyət jurnalı Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə Araşdırmaları Mərkəzinin mətbu orqanı kimi fəaliyyətini davam etdirəcək.
ADU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən Sizinxeber.az-ya verilən məlumata görə, bununla bağlı yanvarın 15-də universitetin rektoru, akademik Kamal Abdullanın iştirakı ilə jurnalın redaksiya heyətinin iclası keçirilib.
İclasda jurnalın nəşri, gələcək fəaliyyəti, müxtəlif ölkələrin ədəbi-bədii orqanları ilə əməkdaşlıq əlaqələrinin qurulması və s. məsələlərlə bağlı müzakirələr aparılıb.
“Xəzər” tərcümə və mədəniyyət jurnalının 2025-ci il üçün ilk sayının mart ayında çap olunması nəzərdə tutulur. Jurnalın məsləhətçisi Xalq yazıçısı Kamal Abdulla, redaktoru yazıçı-tərcüməçi Etimad Başkeçiddir.
Dərginin redaksiya heyətinə Saday Budaqlı, Mahir N.Qarayev, Nəriman Əbülrəhmanlı, Yaşar Əliyev və Cavid Zeynallı daxildir. Həmçinin jurnalın Türkiyə, İtaliya, Rusiya, Qazaxıstan və başqa ölkələrdən olan tanınmış naşir və yazıçılardan ibarət redaksiya heyəti də formalaşacaq.
Jurnalda elmi-nəzəri araşdırmalar, orijinaldan bədii tərcümələr yer alacaq, klassik və çağdaş dünya ədəbiyyatının seçmə nümunələri təqdim olunacaq.
Dərgidə yayımlanacaq rubrikalarda oxucuların dünyagörüşünün artırılması, ədəbi zövqünün formalaşması, estetik dəyərlərin təbliğ olunması kimi faktorlara diqqət yetiriləcək.
Qeyd edək ki, 1989-cu ildən Dövlət Tərcümə Mərkəzində dərc edilən "Xəzər" jurnalı bu ildən etibarən Azərbaycan Dillər Universitetinin Tərcümə Araşdırmaları Mərkəzinin nəzdində nəşr olunacaq.
Oxşar xəbərlər
"Azərbaycan məktəbi” jurnalının 100 illik yubiley tədbiri keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Ulduz” jurnalının iyul-avqust sayı işıq üzü görüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan xalq nağılları Türkiyədə çap olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda Mıkola Miroşnıçenko və Abbas Abdullaya həsr olunmuş ədəbi-bədii axşam keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İstanbul sərgisində Azərbaycanla bağlı yeni tədbir və təqdimatlar keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












