Sizinxeber.az » Mədəniyyət » Mədəniyyət siyasəti » Özbəkistanda Azərbaycan təcrübəsi əsasında STEAM mərkəzi açılıb

Özbəkistanda Azərbaycan təcrübəsi əsasında STEAM mərkəzi açılıb

Elm və təhsil nazirinin müavini Həsən Həsənli Özbəkistan Respublikasının Daşkənd şəhərində Azərbaycan dövlətinin dəstəyi ilə yeni yaradılmış STEAM Mərkəzinin açılış mərasimində iştirak edib.

Nazirlikdən Sizinxeber.az-ya verilən məlumata görə Abdulla Avloni adına Milli Pedaqoji Ustalıq İnstitutunda Azərbaycan təcrübəsi əsasında yaradılmış STEAM Mərkəzinin açılışında çıxış edən nazir müavini Özbəkistan ilə bu istiqamətdə birgə layihələrin reallaşdırılması və təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.

Özbəkistan Respublikasının məktəbəqədər və ümumi təhsil naziri Hilola Umarova da çıxış edərək STEAM sahəsində Azərbaycanın təcrübəsini yüksək qiymətləndirib, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin və ortaq təşəbbüslərin gerçəkləşdirilməsinin hər iki ölkənin təhsil sistemləri üçün faydalı olacağını qeyd edib.

Qeyd edilib ki, ümumilikdə 9 laboratoriya, görüş otaqları və inzibati ofislərdən ibarət olan Mərkəzdəki mövcud şərait təhsildə müasir imkanların və innovasiyaların tətbiqi baxımından mühüm rol oynayacaq. Bu vasitələrlə məktəbəqədər və ibtidai sinif şagirdlərinin yaradıcı düşünmə bacarıqları layihə əsaslı öyrənmə qurğuları vasitəsilə inkişaf etdiriləcək.

Səfər çərçivəsində nazir müavini Daşkənddə yerləşən Abdulla Avloni adına Milli Pedaqoji Peşəkarlıq İnstitutuna da baş çəkib, buradakı ekspozisiyalar və memorial muzeylə tanış olub, həmçinin institutun kitabxanasını və tədris laboratoriyalarını ziyarət edib.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !