Sergey Usik: Belarus muzeyinin Bakıdakı sərgisi ölkələr arasında mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verəcək
"Ürəyin qanı ilə" adlı bədii-sənədli sərgi Belarus Ədəbiyyat Tarixi Dövlət Muzeyi ilə Milli Azərbaycan Ədəbiyyat Muzeyi arasında əməkdaşlığın inkişafına kömək edəcək. Bu isə öz növbəsində ölkələr arasında mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verəcək.
“Report”un məlumatına görə, bunu Belarus muzeyinin direktoru Sergey Usik Bakıda Belarus muzeyinin "Ürəyin qanı ilə" adlı sərgisinin açılış mərasimində bildirib.
"Milli Azərbaycan Ədəbiyyat Muzeyinin rəhbərliyinə, həmçinin Belarus səfirliyinə sərgimizin təşkilinə görə təşəkkür etmək istərdim. Əməkdaşlığın belə yaxşı başlanğıcı onu göstərir ki, qarşılıqlı münasibətlərimiz ildən-ilə möhkəmlənəcək", - o vurğulayıb.
Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynov isə qeyd edib ki, Azərbaycan və Belarus arasında əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümidvardır: "Ölkələrimizin təkcə mədəni sahədə deyil, digər sahələrdə də əməkdaşlığı dərinləşdirmək üçün böyük potensialı var".
"Ürəyin qanı ilə" adlı bədii-sənədli sərgi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində aprelin 18-20-də keçirilir. Sərgi İkinci Dünya müharibəsində qələbənin 80 illiyinə həsr olunub. Burada partizan hərəkatı iştirakçılarının əsərləri və yaradıcılığı təqdim olunur.
Oxşar xəbərlər
"Azdrama" Belarus Milli Akademik Teatrı ilə memorandum imzalayıb
Natalya Koçanova: Belarus APA-ya müşahidəçi kimi qəbulu üçün dəstək gözləyir
Azərbaycan Prezidenti belaruslu həmkarına təbrik məktubu göndərib
Belarus Baş naziri və İranın birinci vitse-prezidenti əməkdaşlığın inkişafını müzakirə ediblər
İlham Əliyev Belarus Prezidentini təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












